• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    11 noyabr 2017-ci il

    Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV Ümumrespublika bilik yarışı keçirilib.


    Noyabrın 11-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” IV Ümumrespublika bilik yarışı keçirilib.

    Bilik yarışında ilk öncə ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.

    Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyıb.

    Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il keçirilir. Yarışda ölkənin ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr iştirak edirlər. İlk müsabiqədə 44, ikincidə 46, üçüncüdə isə 42 ali məktəb iştirak edib.

    Diqqətə çatdırılıb ki, bu il də müsabiqəyə hazırlıq məqsədilə oktyabrın 20-dən noyabrın 1-dək komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr Mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.

    Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.

    Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

    Bilik yarışında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məsul əməkdaşları – Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova, Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov, Mətbuat Xidmətinin rəhbəri Yeganə Tapdıqova iştirak ediblər.

    Yarışda hər ali məktəbdən bir komanda olmaqla ümumilikdə 44 komanda mübarizə aparıb. Hər komandada altı əsas və iki ehtiyat iştirakçı olub. Müsabiqə 2 turda keçirilib və hər turda 18 sual səsləndirilib. Qalib komandalar hər tur üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib.

    Yarışmada Bakı Musiqi Akademiyasını tələbələrdən – Qəhrəmanova Aygün, Seyidova Günel, Məhyəddinli Günay, Sadıqbəyli Tamilla, Süleymanlı Humay, Kərimov Kamran və ehtiyat oyunçular Cavadvend Xəyalə, Şibliyeva Möminat təmsil ediblər. Təşkilat komitəsi tərəfindən tələbələrimizə sertifikatlar təqdim edilib.

    Ümumilikdə 44 komanda arasında aparılan mübarizədə 22 yer arasında bölünmüşdür. Bu yarışda Bakı Musiqi Akademiyasının komandasının 8-ci yerə daxil olunmasından qürur hissi keçiririk.