• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20-22 oktyabr 2017-ci il

    3. Uluslararasi Müzik ve Dans Kongresi
    2017-ci il 20-22 oktyabr tarixlərində Muğlanın Marmaris bölgəsində 3.Uluslararası Müzik ve Dans Kongresi keçirilib.

    20 oktyabr tarixində başlayan konqres 3 gün davam edib. Tərəfdaşları olaraq Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Bakı Xoreoqrafiya Akademiyası, Bolqarıstan Sofiya Vassil Levski Milli İdman Akademiyası, Yıldız Texniki Universiteti səhnə və bədii dizayn fakültəsi ilə layihə dəstəkçisi Marmaris Filarmoniya dərnəyi iştirak ediblər.

    Konqres 100-dən çox elm insanlarını birləşdirərək bu dövlətlərin mədəniyyətinin bağlılığı haqqında fikirləri işıqlandırdı. Marmaris bölgəsində keçirilən 3.Uluslararası Müzik ve Dans Kongresində Fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını təmsil edən professor-müəllim heyəti - professor Ş.Həsənova, dosentlər – Y.Abdulla, X.Həsənzadə, Z.Abdulla, H.Məmmədova, H.Yusifova, N.Hüseynova, M.Qafarova, T.Məmmədəliyeva, Y.Taptıqova, dissertantlar – K.Əhmədova, N.Qulamova və həmçinin Y.Neymətli, G.Məmmədova müxtəlif mövzularda cıxış ediblər. Bütün məruzələr böyük maraqla qarşılanaraq iki dövlətin mədəniyyətinin birliyini bir daha da sübut edib.