• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12-14 oktyabr 2017-ci il

    2017-ci ilin 12-14 oktyabr tarixlərində Bolqarıstanda Müqəddəs Kiril və Mefodiy adına Veliko-Tırnovski Universitetinin “Pedaqogika”

    fakultəsinin “Musiqi” kafedrasında “Folklor və təhsil – aktual vəziyyət və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir.

    Konfransın mövzu istiqamətləri:

    I. Folklor ümumi təhsil sistemində - milli konsepsiyalar, tədris proqramları, dərsliklər, vəsaitlər.

    II. Uşaq folkloru ənənəvi xalq pedaqogikasında və ümumi təhsilin məktəbəqədər/ibtidai pilləsində.

    III. Folklor sinifdənkənar tədris formalarında.

    IV. Folklor musiqi və xoreoqrafiya üzrə ixtisas təhsilində.

    V. Folklor ali pedaqoji təhsil sistemində.

    VI. Folklorun sahə araşdırmaları – xüsusi və ümumi musiqi təhsili ilə birbaşa əlaqələrin reallaşdırılmasının mümkünlüyü və imkanları məsələləri ilə bağlıdır.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, sənətşünaslıq doktoru, professor Tariyel Məmmədov konfransa dəvət olunaraq, “Musiqi təhsilində elektron nəşrlər didaktik material kimi” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzə kafedrada və ümumilikdə BMA-da istifadə olunan multimediya nəşrlərinin nəzəri və təcrübi baxımdan təhlilinə əsaslanırdı. Bolqarıstandan, Rusiyadan, Ukraynadan, Moldovadan, Polşadan olan konfrans iştirakçıları professor T.Məmmədovun məruzəsini böyük maraqla qarşılayaraq, elektron nəşrlər sahəsində gələcəkdə birgə fəaliyyət göstərmək arzusunda olduqlarını bildirmişlər.