• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15 sentyabr 2017-ci il

    Bakı Musiqi Akademiyasında Bilik günü ilə əlaqədar tələbələrlə görüş keçirilib


    15 Sentyabr Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında I kurs tələbələrlə professor-müəllim heyətinin Bilik günü ilə əlaqədar görüşü baş tutub. Görüşdə BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva çıxış edərək yeni dərs ilində tələbə adını qazanan hərkəsi ürək sözləri ilə təbrik edib və BMA-nın tədris sistemi haqqında tələbələri məlumatlandırıb.

    Prorektor eyni zamanda vurğulayıb ki, bu il BMA-ya fərqli ixtisaslara malik 150 tələbə daxil olub və onların arasında təhsil ocağında yeni tədris olunmağa başlayan “Musiqi müəllimliyi” ixtisasına daxil olan tələbələr də mövcuddur. Prorektorun çıxışından sonra söz dekanlara və professor-müəllim heyətinə verilib. Onlar da öz növbəsində tələbələrə Ü.Hacıbəyli ocağının adını layiqli təmsil etmələrini və bu təhsil ocağında fəaliyyət göstərən korifey sənətkarların yolunu uğurla davam etdirmələrini tövsiyə ediblər.


    Ardınca BMA-nın Kiçik zalında “Bilik fondu” tərəfindən Bilik gününə həsr olunmuş “H.Əliyev – İslam həmrəyliyi ideyasının banisidir” adlı mövzuda tələbələrə mühazirə keçirilib.