• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 iyun 2017-ci il

    Ü. Hacıbəyli adına BMA-nın Q.Qarayev adına Konfrans zalında Azərbaycanın dahi bəstəkarı, Xalq artisti, professor C.Hacıyevin 100 illiyinə həsr olunmuş

    elmi-nəzəri konfrans keçirilmişdir.

    Konfransı BMA-nın rektoru, Xalq artisti, professor F. Bədəlbəyli giriş sözü ilə açaraq görkəmli bəstəkar C.Hacıyev dühasının aliliyindən, onun Azərbaycan musiqi mədəniyyətinə bəxş etdiyi incilərdən və onun əvəzolunmaz şəxsiyyətindən danışmışdır.  

    Konfransda C.Hacyevin övladları İsmayıl və Mikayıl Hacıyevlər də öz atası, xalqın unudulmaz bəstəkarı C.Hacıyevlə bağlı xatirələrini yad edərək, iştirakçılarla onun həyat və yaradıcılıq yolu haqqında maraqlı faktları bölüşmüşlər. Ardından konfrans iştirakçıları, BMA-nın müəllim və tələbə heyəti mövzu ilə bağlı məruzələrlə çıxış etdilər.

    Tədbirin davamında BMA-nın tələbəsi, gənc pianoçu Vüsalə Babayeva C. Hacıyevin “Musiqi lövhələri”  məcmusundan bir neçə nömrə ifa etmişdir. Konfransın sonlarına doğru gənc və istedadlı pianoçu Pərviz Məmmədov görkəmli bəstəkar Fikrət Əmirovun “Mən səni araram” əsərinin motivləri əsasında jazz improvizə səsləndirmişdir.