• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 iyun 2017-ci il

    Ü.Hacıbəyli adına BMA-nın Böyük zalında “Qədim musiqi alətlərin bərpası və təkmilləşdirilməsi” elmi laboratoriyasının yaranmasının 25-illik yubileyi münasibətilə bədii-musiqili tədbir keçirilmişdir.

    Tədbir ilk öncə Ulu öndər H.Əliyev ilə görkəmli araşdırmaçı, "Qədim musiqi alətləri” Dövlət ansamblının yaradıcısı M.Kərimovunun dialoqunun videoçarxının nümayişi ilə başlanmışdır. Ardından "Qədim musiqi alətləri” Dövlət ansamblının yaranma tarixi haqqında söz açılmışdır. Rektor, SSRİ və AR Xalq artisti Fərhad Bədəlbəyli qədim musiqi alətlərinin bərpasının əhəmiyyətindən danışaraq, Məcnun Kərimovla bağlı xatirələrini bölüşmüşdür.

    BMA-nın elmi işlər üzrə prorektoru, professor Gülnaz Abdullazadə  BMA-da fəaliyyət göstərən «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» adlı elmi laboratoriyanın səmərəli işi ilə bağlı, indiyədək aparılmış və hazırda da davam edən tədqiqatların önəmi haqqında çıxış etmişdir. Laboratoriyanın hazırki rəhbəri, professor Maya Qafarova məruzə ilə çıxış edərək, təkmilləşdirilmiş alətlərinin özünü və səsini canlı nümayiş etdirdi və  onlar haqqında  auditoriyanı  məlumatlandırmışdır.

    Sonda Xalq artisti Munis Şərifovun rəhbərliyi ilə fəaliyyət göstərən "Qədim musiqi alətləri” Dövlət ansamblı və «Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi» elmi laboratoriyasının nəzdində yaranmış kiçik tərkibli Qədim azərbaycan musiqi alətləri ansamblının ifasında Xalq artisti Nuriyyə Hüseynovanın solistliyi ilə həm qədim, həm də sevilən xalq mahnıları dinləyicilər üçün səsləndirilmişdir.