• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may - 1 iyun 2017-ci il

    Ü. Hacıbəyli adına BMA-nın Q.Qarayev adına Konfrans zalında Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə və 28 may Respublika gününə

    həsr olunmuş “Musiqi mədəniyyətimizin aktual problemləri” mövzusunda Respublika konfansı keçirilmişdir.

    Konfransı ilk olaraq BMA-nın elmi işlər üzrə prorektoru,professor G.Abdullazadə giriş sözü ilə açaraq, Azərbaycan xalqı üçün may ayına təsadüf edən önəmli iki gün haqqında - Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyi və 28 may Respublika günü haqqında danışmış və “Azərbaycan musiqi mühitində multikulturalizmin təzahürü” adlı məruzəsi ilə çıxış etmişdir.

    Ardından tədbir çərçivəsində BMA-nın professor və müəllim heyəti ilə yanaşı, doktorantlar, tələbələr məruzə və çıxışlar etmişlər. Sonda gənc pianoçu Hənifəyev Teymurun (müəl.: prof.M.Adlgözəlzadənin) ifasında  K.Debussinin “Qırılan serenada” və Gerşvindən 3 prelüd əsərləri səslənmişdir.