• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2022-ci il

     26 may 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının qərargahında 28 may - Respublika günü münasibəti ilə tədbir təşkil etdi.

    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və sonra isə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan mərasim, Azərbaycan Xalq Cümhuriyyətinə həsr edilmiş video-çarxın nümayişi ilə davam etdirildi.

    Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi partiya təşkilatının sədri, Tarix üzrə fəlsəfə doktoru Qorxmaz Mustafayev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi partiya təşkilatının sədri Yavər Məmmədov çıxış etdilər.

    Üzeyir Hacıbəyli adına BMA-dan isə    Gültəkin Qasımlı - (BMA-nın Bəstəkarlıq kafedrasının baş laborantı, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini) iştirak etdi.