• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10  may 2022-ci il

    10.05.2022-ci il tarixində YAP Nəsimi rayon təşkilatının qərargahında  Heydər Əliyevin 99-cu il dönümünə həsr olunmuş tədbir keçirildi.      

    Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi tədbirdə öncə bir dəqiqəlik sükutla yad edildi.

    Daha sonra Ulu öndərin anadan olmasının 99-cu ildönümü ilə bağlı hazırlanan videoçarx nümayiş etdirildi.

    Tədbirdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru,  Yeni Azərbaycan Partiyası Nəsimi rayon ərazi təşkilatının sədri Sabir Əliyev və Nəsimi Rayon Ağbirçəklər Cəmiyyətinin sədri Zərifə Quliyeva çıxış etdi.

    Üzeyir Hacıbəyli adına BMA-dan   Gültəkin Qasımlı - (BMA-nın Bəstəkarlıq kafedrasında baş laborant, YAP Nəsimi rayonu üzrə BMA-nın sədr müavini) iştirak etdi.