• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10  may 2022-ci il

    10.05.2022-ci il tarixdə Hərbi Qənimətlər Parkında Şahin hərbi idman oyununun açılış mərasimi keçirildi.

    Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil edilən tədbirin əsas məqsədi hərbi-vətənpərvərlik ideyalarının təbliği, gənclərin fiziki hazırlığına və sağlam həyat tərzinə diqqətin artırılmasıdır.

    Hərbi Qənimətlər Parkının yanında hazırlanmış xüsusi zonada təşkil edilən final oyunu təntənəli açılış mərasimi ilə başlandı. Yarış iştrakçılarının hərbi paradından və sıra düzülüşündən sonra gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Müdafiə Nazirliyinin idarə rəisinin müavini Elşad Əbilov, Səfərbərlik Xidmətinin idarə rəisi Füzuli İsmayılov, Respublika Veteranlar Şurasının sədr müavini Cəlil Xəlilov çıxış edərək “Şahin”lərə uğurlar arzuladılar.       

    Tədbirdə Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasından 7 nəfər tələbə iştirak etdi. Tədbirin sonunda tələləbələrimiz Museyib Əsədov, Saməd Novruzov, Kənan Rəhmanzadə, Adil Əmirli, Hagh Marast Mahbod və Əyyub Seyidzadə Nəsimi rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Tağıyevlə birlikdə xatirə şəkli çəkdirdilər.