• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 aprel 2021-ci il

    2021-ci il 29 aprel tarixində Üzeyir Hacıbəyli adına  Bakı Musiqi Akademiyasının  "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina xanım Hacıyeva 29 aprel - «Beynəlxalq rəqs günü» ilə əlaqədar AzTV kanalının «Telesəhər» verilişində canlı yayımda çıxış etmişdir.

    M.Hacıyeva rəqsin tarixi kökləri, fəlsəfi mahiyyəti, milli, klassik balet, modern kontemprorary  və sosial dans olan Argentina tanqosu haqqında məlumat vermişdir. Söhbət  üç canlı rəqs ifası ilə müşayiət olunmuşdur.