• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2019-cu il

    22 may 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə BMA-nın Qara Qarayev adına Konfrans zalında görkəmli bəstəkar və müəllim, Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş «Metodika və Xüsusi Pedaqoji Hazırlıq» kafedrasının «Musiqi İfaçılıq sənətinin və pedaqogikanın aktual problemləri» adlı Elmi-İfaçılıq konfransı keçirilib.

    Qeyd edək ki, Elmi-İfaçılıq konfransın təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevadır. Bununla yanaşı Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov, Azərbaycan Respublikasının Əməkdar müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, dosent Elnarə Məmmədova konfransın təşkilat komitəsinin üzvləridir.
    Görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş «Metodika və Xüsusi Pedaqoji Hazırlıq» kafedrasının «Musiqi İfaçılıq sənətinin və pedaqogikanin aktual problemləri» adlı Elmi-İfaçılıq konfransında ilk öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova ön söz ilə çıxış edərək “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının yaranması, son 50 illik fəaliyyəti, bəstəkar Sevda İbrahimovanın kafedranın həyatındakı rolu haqqında ətraflı məruzə səsləndirib.
    Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının «Metodika və Xüsusi Pedaqoji Hazırlıq» kafedrasının müəllimlərinin çıxışları səslənib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Elnarə «Особенности педагогической подготовки студентов Бакинской музыкальной академии имени Уз.Гаджибейли», Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor Məhərrəmzadə-Şirinova Svetlana «Sevimli dost və həmkarım», Azərbaycan Respublikasının Əməkdar müəllimi, professor, Nəcəfəliyeva İrina Методико-исполнительский анализ «Альбома для детей» Т.Бакиханова, Azərbaycan Respublikasının əməkdar müəllimi, professor Məmmədəliyeva Leyla «К.К.Сафаралиева. Цикл из 17 пьес в азербайджанских ладах», Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər doktoru, professor Kəngərlinskaya Tamilla “Музыка, рояль, дети в творчестве Севды Ибрагимовой, sənətşünaslıq namizədi, professor Mustafayeva Sevil “Три сонатины А.Дадашевa”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Hüseynova Nərgiz “Bəstəkar Sevda İbrahimovanın yaradıcılığında vokal musiqisi”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Yusifova Həqiqət “S.İbrahimovanın gənc pianoçular üçün “ Muğam sədaları”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliyeva Fatimə «Фортепианные концерты С.Ибрагимовой в репертуаре детских музыкальных школ», pedaqogika üzrə fəlsəfə doktoru, dosent Tuayeva Mədinə “Caz musiqinin əsas üslub və istiqamətləri”, dosent Rzayeva Arzu “Fortepiano təlimi prosesində pedaqoji repertuar seçiminin əhəmiyyəti”, dosent Əlizadə Nərgiz Цикл пьес для фортепиано «Юному пианисту» С.Ибрагимовой, baş müəllim Ağasiyeva Sevda «Формирование навыков фортепианного ансамбля на материале Хрестоматии С.Ибрагимовой», baş müəllim İsmayılova Arzu S.İbrahimovanın Üç polifonik pyesi “ və Baş müəllim Danilova Qalina «Техническое и художественное начало в пении» adlı məruzələrdə bəstəkarın həyat və yaradıcılıq yolunun ətraflı müzakirəsi, bəstəkarın fəaliyyətinin ən parlaq yolları, onun müraciət etdiyi musiqi janrları və əsərləri haqqında geniş çıxışların səsləndirilməsi bütün auditoriya tərəfindən maraqla qarşılanıb. Bu da konfransın mahiyyətini daha da dolğun səciyyələndirib.
    Konfransda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim heyəti ilə bərabər tələbə heyətidə aktiv şəkildə iştirak ediblər. Belə ki, BMA-nın Musiqi-müəllimliyi ixtisası üzrə təhsil alan I kurs tələbələri Quliyeva Zeynəb “Musiqi – ifacılıq – iradə” (müəllim: Məlikova Nigar), Əlizadə Validə “Müasir psixologiya elmində musiqi sənətinin rolu” (müəllim: Məmmədəliyeva Leyla), Cəbiyeva Aytac “Uşaqlıq dövrünün psixoloji xüsusiyyətləri” (müəllim: Məmmədəliyeva Leyla), Kərimli Şəbnəm “Musiqi müəlliminin vacib psixoloji keyfiyyətləri” (müəllim: Nəcəfov Elvin), İsmayılova Nərgiz «Вклад Д.Н.Узнадзе в современную психологию» (müəllim: Nəcəfov Elvin), BMA-nın fortepiano ixtisası üzrə təhsil alan I kurs tələbələri Hacıyeva Nüşabə “Dahı pianoçu Artur Rubinşteyn”, Babayeva Nəzrin “Pianoçu – Aleksey Sultanov”, Tahirzadə Günel «Görkəmli pianoçu Vladimir Kraynyev”, BMA-nın İfaçılıq fakültəsinin II kurs tələbəsi Qara Aytac “Violino ifaçılığında bəzi problemlər” (müəllim: Qulamova Naira) və BMA-nın magistr pilləsi üzrə təhsil alan I kurs tələbəsi İbrahimli Adilə "Musiqi təlim prosesinin xüsusiyyətləri” adlı məruzələri səsləndiriblər.
    Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş Elmi-İfaçılıq konfransı bütün iştirakçıların bənzərsiz çıxışları ilə sona çatıb.


    Mətbuat şöbəsi və informasiya komunikasiya
    texnologiyaları xidmətinin əməkdaşı
    Mustafayeva Minacət