• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 dekabr 2018-ci il

    Bitməkdə olan 2018-ci il geniş yaradıcılıq coğrafiyasına malik olan, Azərbaycan və Dünya musiqi mədəniyyəti xəzinəsinə böyük töhfələr vermiş, milli və ümumbəşəri miqyasda geniş qütblər açmış görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileyi ilə əlamətdar olmuşdur.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, “Tarix-nəzəriyyə” fakültəsinin təşəbbüsü ilə səbəbkarın yubileyi çərçivəsində silsilə konsert tədbirləri təşkil etmişdir. Bu tədbirlərin keçirildiyi növbəti ünvan №1 saylı orta ümümtəhsil məktəbi olmuşdur. 21 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, dosent Elmira Pənahovanın rəhbərliyi altında “musiqişünaslıq” ixtisasının II kurs (Babayeva Gülər, Əsədova Ləman, Səfərli Elvira, Tağıyeva Səbinə) və III kurs tələbələri (Qasımova Aytac, Quliyeva Nəzrin, Əliyeva Sara) Qara Qarayev yaradıcılığına həsr olunmuş müxtəlif mövzularda məruzələrlə şagirdlərin qarşısında çıxış etmiş, dinləyiciləri bəstəkarın yaradıcılıq qalereyasının ən müxtəlif eksponatları barədə məlumatlandırmışlar . Tədbirdə Qara Qarayevin şəkilləri və bir sıra fortepiano, vokal əsərləri, balet musiqisindən parçaları video slayd şəklində səsləndirilmişdir.
    Tədbir №1 saylı orta ümümtəhsil məktəbinin şagird və müdiriyyəti tərəfindən müsbət qarşılanmışdır.

    Qeyd edək ki, bu yöndə layihələrin məhz ümumtəhsil məktəblərində keçirilməsi milli musiqimizin təbliği, gənclərə aşılanması və məlumatlandırılması istiqamətində irəliyə doğru atılmış uğurlu addımlardandır.