• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 dekabr 2018-ci il

    27 dekabr 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Səni tərənnüm edirik Cənab Prezident” adlı Prezident təqaüdçülərinin konserti keçirilib.

    Qeyd edək ki, konsert Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyası və YAP Nəsimi rayon təşkilatının birgə dəstəyi ilə həyata keçirilib.

    Tədbiri ilk öncə YAP Gənclərin sədri Fidan Hüseynova açıq elan edib. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə Birinci prorektoru,pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva və Nəsimi Rayonu YAP-nın sədri, Millət vəkili Məlahət İbrahimqızı çıxış ediblər. Tədbirdə Prezident teqaüdçüsü tələbələrinin YAP-nın sıralarına yeni daxil olması münasibətilə vəsiqələrin verilməsi ilə yanaşı BMA-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, Professor Hökümə Əliyevanın təşkil etdiyi konsert proqramı bütün auditoriyaya təqdim edilib.
    Tədbir gur alqışlar ilə sona çatıb.