25 noyabr 2018-ci il
25 dekabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli ölkəmizdə səfərdə olan Ankara Müzik ve Güzel Sanatlar Universitesinin rektoru, professor dr. Erol Parlak, prof. dr. Toğrul Ganiyev və Genel Sekreter Murat özdemir ilə görüşüb.
Görüş çərçivəsində ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin davamlı bağlılığı, musiqi ocaqlarında tədrisinin inkişafı və hər iki ölkənin dahi bəstəkarlarına həsr edilmiş tədbirləri haqqında söhbətlər edilib. Eyni zamanda keçirilən görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.