• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    15-18 noyabr 2018-ci il

    15-18 noyabr 2018-ci il tarixlərində Türkiyənin Urfa şəhərində ''Geçmişten günümüze Urfa’da müzik'' adlı beynəlxalq simpozium keçirilmişdir.

    Tədbir Şanlıurfa Böyük Şəhər Bələdiyyəsi, Şanlıurfa Valiliyi, Harran Universitetinin dəstəyi ilə təşkil edilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor-müəllim heyəti də bu simpoziumda iştirak etmişdir. BMA-nın Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə - “Azerbaycan Muğam Meclisleri ve Urfa Sıra Gecelerinin Benzer ve Farklı Özellikleri”; Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Züleyxa Abdulla – “Azerbaycan ve Urfa Müziğinde Ortak Değerler”; Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Yalçın Abdulla - “Urfa Dertli Ozanlarının Türkülerinde Sosyal Arka Plân”; Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova - “Urfa Sıra Geceleri ve Azerbaycan Meyhana Meclislerinin Mukayesesi” mövzularında çıxışlar etmişlər.  Professor Gülnaz Abdullazadə və dosent Həbibə Məmmədova, adı çəkilən beynəlxalq simpoziumda eyni zamanda elmi komissiyanın üzvləri sırasında yer almışlar. 68 iştirakçının qatıldığı ''Geçmişten günümüze Urfa’da müzik'' adlı beynəlxalq simpozium 4 gün boyunca maraqlı elmi çıxışlar, gözəl konsert proqramları və tarixi-mədəni gəzinti ilə yekunlaşmışdır.