• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 dekabr 2018-ci il

    22 dekabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli Çinin Lançjou İncəsənət və Elm Universitetinin nümayəndə heyəti ilə görüşüb.

    Görüşdə Lançjou Universitetinin Partiya Komitəsinin katibi Yan Xiaohui, Vitse-prezident Zheng Weiqiang, Tədris məsələləri üzrə dekan Xue Huaiging, Musiqi departamentinin dekanı Wang Cai, Xarici məsələlər üzrə direktor Ma Zhngzhao, həmçinin Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova iştirak edib.

    Keçirilən görüş Azərbaycan Respublikası və Çin arasında dinamik inkişaf edən diplomatik münasibətlər haqqında söhbətlə başlayıb və iki ölkənin musiqi mədəniyyətinin və ənənələrinin yaxınlığı xüsusilə vurğulanıb. Daha sonra isə müzakirələr iki ali təhsil müəssisəsinin strukturu və qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf perspektivləri haqqında fikir mübadiləsi ilə davam edib.

    Sonda Bakı Musiqi Akademiyası və Lançjou İncəsənət və Elm Universiteti arasında Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda qarşılıqlı müəllim və tələbə heyətinin mübadiləsi, birgə tədqiqat fəaliyyəti, konfranslar, bədii tədbirlər və akademik proqramlar nəzərdə tutulub.