• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20-22 noyabr 2018-ci il

    20-22 noyabr 2018-ci il tarixlərində Kiyev şəhərində NARKKİ (MİRKMA - Mədəniyyət və İncəsənət üzrə Rəhbər Kadrların Milli Akademiyası) tərəfindən "Bədii mədəniyyət və təhsil: ənənə və müasirlik" adlı VII Beynəlxalq elmi-yaradıcılıq konfransı keçirilib.

    Konfransa Ü.Hacıbəyli adına BMA-nın "Musiqi nəzəriyyəsi" kafedrasının dosenti Turan Məmmədəliyeva da dəvət alaraq "Azərbaycan musiqi məkanında etnocaz: ənənə və müasirlik" mövzusunda məruzə ilə çıxış edib. Daha sonra T.Məmmədəliyeva konfrans çərçivəsində daha geniş auditoriya üçün "Bakı, Caz Panoraması: hadisələr və sənətkarlar" mövzusunda elmi-tədqiqi seminar və təqdimat  keçirib. Tədbir MİRKMA tərəfindən xüsusi təklif əsasında keçirilmiş, auditoriyanın marağı seminardan sonrakı diskusiyada öz əksini tapmışdır. Tədbirdə MİRKMA əməkdaşları, müəllim və tələbə heyəti, Kiyevin Mərkəzi Caz Məktəbinin kollektivi  fəal iştirak ediblər.