• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 – 10 dekabr  2018-ci il

    Fərhad Bədəlbəyli: "Bu unikal festival…"

    Musiqi incəsənətinin üç əsas istiqaməti – klassik, xalq və caz musiqisi Respublika festivalına yekun vuruldu.

    3 – 10 dekabr tarixlərində Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) "Akademik, xalq və caz musiqisi" Respublika festivalı keçirilmişdir.
    Bu, BMA-nın "Xüsusi pedaqoji hazırlıq" kafedrası və elmi-eksperimental laboratoriyası – məktəb-studiya kollektivinin birgə iştirakı ilə akademiyada ilk dəfə təşkil olunan və keçirilən
    qeyri-adi festivaldır. BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli festivalın təşkilatçıları, müəllifləri və təşəbbüskarları – məktəb-studiyanın direktoru, professor Tərlan Seyidov və "Xüsusi pedaqoji hazırlıq" kafedrasının müdiri, dosent Elnarə Məmmədovanı salamlayaraq festivalı unikal adlandırmış və professor Tərlan Seyidovun bütün layihələrinin əsasını təşkil edən onun yaradıcılıq ideyalarının novator və qeyri-standart xarakter daşımasını qeyd etmişdir.
    Festival musiqi incəsənətinin üç əsas istiqaməti – klassik, xalq və caz musiqisinə həsr olunmuşdur. T.Seyidovun qeyd etdiyi kimi: "Festivalın məqsədi musiqi məktəblərinin klassik repertuarına daxil olan proqramlardan əlavə ifaçılıq bacarığının ahəngdar inkişaf yollarını özündə cəmləşdirən kamil və universal musiqiçi yaratmaqdan ibarətdir. Buna görə də biz məqsədyönlü şəkildə festivalın şərtlərinə əlavə olaraq çoxəsrli Azərbaycan xalq musiqisi və XX əsrin əvvəllərində yaranmış nisbətən gənc caz sənəti nümunələrinin ifası üzrə tələblər irəli sürdük. Bir yarış çərçivəsində çox geniş üslub cərəyanlarının əhatə edilməsinə baxmayaraq, bir çox iştirakçılar, xüsusilə mürəkkəb bir vəzifənin öhdəsindən yüksək səviyyədə gəldilər."
    Fetivalda Azərbaycanın 13 bölgəsinin musiqi məktəbləri, orta və ali musiqi təhsili müəssisələrindən 130 gənc musiqiçi iştirak etmişdir. Bir çox iştirakçılar hörmətli, professional musiqiçilərdən ibarət tələbkar münsiflər heyətində – rektor, professor Fərhad Bədəlbəyli, prorektor, professor Nərminə Quliyeva, professor Tərlan Seyidov, dekan, professor Nəzakət Rimazi, pedaqogika üzrə fəlsəfə doktoru Natiq Mustafayev, dosentlər – Elnarə Məmmədova, Nərgiz Hüseynova, Gülnarə Quliyeva, Mədinə Tuayeva, məktəb-studiyanın direktor müavini Sevda Məmmədova, əməkdar müəllim Ayişə Əliyeva, müəllimlər – Elman Mustafayev və Anna Biryukova – parlaq təəssürat yaratmışlar.
    Festival dörd nominasiya üzrə keçirilmişdir: "Fortepiano", "Simli alətlər" , "Nəfəs və zərb alətləri", "Vokal".
    Laureat adını Bakı, Sumqayıt, Bərdə və Neftçaladan 17 gənc musiqiçi qazanmışdır.. Pianoçular arasında birinci yaş qrupu üzrə Bakı şəhərinin musiqi təhsil müəssisəsindən: Ayşən Uğurluyeva (37 №-li UMM), Məlahət İbrahimli (№ 26), Mehin Zalıyeva (№ 12), Nərmin Əliyeva (№ 6), Banu Tağıyeva (İncəsənət Gimnaziyası) laureat olmuşdur.
    İkinci yaş qrupu üzrə məktəb-studiyanın iki şagirdi – Hüseyn Bədəlbəyli və Səriyyə Məmmədova və Əli Zeynalov (Uşaq İncəsənət Məktəbi № 3), Ayla Ədilova (№ 11) qələbə qazanmışlar.
    Festivalın yuxarı yaş qrupu üzrə iştirakçıları (üçüncü yaş qrupu) arasında Leyla Zeynalova (BMA), Rəşad Ağayev (Sumqayıt musiqi kolleci) fərqlənmişlər.
    Orkestr alətləri ifaçıları arasında violin ifaçısı Büsat Yusifzadə (Bərdə, 2 №-li UMM), məktəb-studiyanın üç şagirdi – violin ifaçıları Xədicə Mehtiyeva, Emil Hüseynov və istedadlı fleyta ifaçısı Rəşad Abdullayev laureat diplomuna layiq görülmüşlər.
    6 vokal ifaçısı arasında Cəlal Bəşirli (Bakı, 35 №-li UMM) və Esmira Hüseynova (Neftçala, Uşaq İncəsənət Məktəbi) laureat adına qazanmışlar.
    30 gənc musiqiçi diploma layiq görülmüşlər.
    Üzeyir Hacıbəyli adına BMA və məktəb-studiyada tərəfindən keçirilən və bu qədər rəngarəng musiqinin səsləndiyi bir festival şagird və tələbələrin kompleks şəkilli tədris sistemində daha bir fəth edilmiş pillədir.
    Bir həftə davam edən festival məktəb-studiyanın direktor müavini Sevda Məmmədova, metodistlər – Natəvan Fərzəliyeva, Fidan Lazımova, həmçinin məktəb-studiyanın elmi işciləri – Elmira Mustafayeva və Aytən İbrahimova tərəfindən təqdim olunan mətbuat xidmətindən ibarət Təşkilat Komitəsinin dəqiq işi sayəsində uğurla başa çatmışdır.
    10 dekabr tarixində laureatların Qala-konserti və festivalın bağlanış tədbiri keçirilmişdir.

     

    Фархад Бадаблейли: «Это уникальный фестиваль…»

    Подведены итоги Республиканского фестиваля трёх основных направлений музыкального искусства – классики, народной музыки и джаза

    С 3 по 10 декабря в Большом зале Бакинской музыкальной академии имени Узеира Гаджибейли (БМА) при поддержке Министерства культуры прошёл республиканский фестиваль «Академическая, народная и джазовая музыка».
    Это необычный фестиваль, впервые организованный и проводимый в стенах Академии по инициативе и при участии кафедры специальной педагогической подготовки и коллектива школы-студии – научно-экспериментальной лаборатории БМА. Приветствуя организаторов этого фестиваля, его авторов и инициаторов – директора школы-студии, профессора Тарлана Сеидова и заведующую кафедрой Специальной педагогической подготовки, доцента Эльнару Мамедову, ректор БМА профессор Фархад Бадалбейли назвал этот фестиваль уникальным и подчеркнул, что творческие идеи профессора Сеидова, лежащие в основе всех его проектов, всегда носят характер новаторства и никогда не бывают стандартными.
    Фестиваль был посвящён трём главным направлениям в музыкальном искусстве: классике, народному творчеству и джазу. Как сказал Т.Сеидов: «Цель нашего фестиваля – подготовка универсального, "целостного" музыканта, заключающаяся в его гармоничном развитии путем приобретения навыков исполнения не только задействованных в музыкальных школах программ классического репертуара. Для этого мы намеренно в условия конкурса дополнительно ввели требования по исполнению имеющей многовековую историю азербайджанской народной музыки и образцов сравнительно молодого джазового искусства, зародившегося в начале ХХ века. Несмотря на такой необычно широкий диапазон стилевых направлений, впервые объединенных нами в одной конкурсной программе, многие участники фестиваля на высоком уровне выполнили эту особой сложности задачу».
    В фестивале участвовало 130 молодых музыкантов – учащихся музыкальных школ и средних и высших музыкальных учебных заведений Азербайджана из 13-ти регионов республики. Многие из участников произвели яркое впечатление на строгих членов жюри – маститых музыкантов-профессионалов: ректора профессора Фархада Бадалбейли, проректора профессора Нармину Гулиеву, профессора Тарлана Сеидова, декана профессора Назакет Римази, доктора философии по педагогике Натика Мустафаева, доцентов Эльнару Мамедову, Наргиз Гусейнову, Гюльнару Гулиеву, Медину Туаеву, заместителя директора школы-студии Севду Мамедову, заслуженного педагога Айшу Алиеву, педагогов школы-студии Эльмана Мустафаева и Анну Бирюкову.
    Фестиваль проходил в четырёх номинациях: «Фортепиано», «Струнные инструменты», «Духовые и ударные инструменты», «Вокал».
    Звание лауреатов получили 17 юных музыкантов из Баку, Сумгаита, Барды и Нефтчалы. Среди пианистов по первой возрастной группе ими стали учащиеся музыкальных учебных заведений города Баку: Угурлуева Айшан (музшкола № 37), Ибрагимова Малахат (№ 26), Залиева Мехин (№ 12), Алиева Нармин (№ 6), Тагиева Бану (гимназия искусств).
    Во второй возрастной группе победу одержали двое учащихся школы-студии Бадалбейли Гусейн и Мамедова Сария, Зейналов Али (школа искусств № 3), Адилова Айла (музшкола № 11).
    Среди старших участников фестиваля (третья возрастная группа) отличились Зейналова Лейла (БМА) и Агаев Рашад (Сумгаитский музыкальный колледж).
    Дипломы лауреатов присуждены и исполнителям на оркестровых инструментах: скрипачу Юсифзаде Бюсату (музшкола № 2, город Барда), троим учащимся школы-студии – Мехтиевой Хадидже и Гусейнову Эмилю (скрипка), а также талантливому флейтисту Абдуллаеву Рашаду.
    Из 6-ти вокалистов звания лауреата удостоились Баширли Джалал (Бакинская музшкола № 35) и Гусейнова Эсмира (школа искусств города Нефтчала).
    30 молодых музыкантов получили дипломы.
    Фестиваль, где звучало столько разнообразной музыки – это ещё одна ступень в системе комплексного обучения учеников и студентов, проводимой в БМА имени Узеира Гаджибейли и школе-студии.
    Работа фестиваля длилась неделю и проходила чётко и организованно благодаря работе оргкомитета в составе заместителя директора школы-студии Севды Мамедовой, методистов Натаван Фарзалиевой и Фидан Лазымовой, а также пресс-службы, представленной научными сотрудниками школы-студии Эльмирой Мустафаевой и Айтен Ибрагимовой.
    10 декабря состоялось закрытие фестиваля и Гала-концерт лауреатов.