• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 dekabr 2018-ci il

    6 dekabr 2018-ci il tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin qardaşı yazıçı Ceyhun Hacıbəylinin oğlunun həyat yoldaşı Paskal Hacıbəyli-Buşe və nəvəsi Bencamin Hacıbəyli Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar.


    Qonaqlar BMA-nın Tədris işləri üzrə Birinci prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva, Fortepiano fakültəsinin Dekanı, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi, İfaçılıq fakültəsinin Dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Tarix-nəzəriyyə fakültəsinin Dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova ilə görüşərək Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı təhsil sistemindən və tələbələrin Azərbaycanın hüdudlarında olan uğurlarından söhbət aparılıb.

    Bununla yanaşı səfər çərçivəsində Bakının qonağı olan Paskal Hacıbəyli-Buşe və Bencamin Hacıbəyli müxtəlif mədəniyyət müəssisələri, incəsənət və təhsil ocağlarının qonağı olaraq Azərbaycana növbəti səfərindən böyük təəssürat aldığını vurğulayıblar.