• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 noyabr 2018-ci il

    27 noyabr 2018 ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Mina xanım Hacıyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində keçirilən “Azərbaycan multikulturalizmi modeli və dinlərarası harmoniya” mövzusunda dəyirmi masada iştirak edib.

    Tədbirdə Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev, ABŞ-ın Beynəlxalq Dini Azadlıqlar üzrə Komissiyasının üzvü Conni Mur, ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper tədbirdə iştirak ediblər. Həmçinin, Azərbaycanda dini icmalarının rəhbərləri öz çıxışlarında qeyd ediblər ki, multikulturalizm mədəni plüralizmin inkişafına şərait yaradır. Multikulturalizmin müxtəlif modelləri mövcuddur. Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələri həyata keçirən bir ölkədir. Azərbaycanın multikulturalizm siyasəti dünya ölkələri üçün bir örnəkdir və tolerant cəmiyyətdə multikulturalizm mədəniyyətlərin qarşılıqlı surətdə zənginləşməsinə, xalqları birləşdirən mədəniyyətin formalaşmasına səbəb olur,bu da insanların gələcək mədəni birliyi məqsədilə bir mədəniyyətin digər mədəniyyətə inteqrasiya prosesi ilə əlaqədardır.