• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    23 oktyabr 2018-ci il

    23.10.2018 tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat laboratoriyasının Aparıcı elmi əməkdaşı, Bəstəkar Rüfət Ramazanov Bakı şəhərində məskunlaşmış 1 № li Şuşa məktəbində şagird və müəllim kollektivi ilə görüşü keçirilib.

    Bu görüş, maarifçilik məqsədi daşıyaraq, Azərbaycan Prezidenti yanında “Bilik Fondu” nun bilavasitə dəstəyi ilə keçirilib. Professional təhsil almış bəstəkar Azərbaycan musiqi sənəti və eyni zamanda, milli bəstəkarlıq məktəbinin yaranması, inkişafı və nəhayət onun müasir dövrümüzdə fəaliyyətinin əsas xüsusiyyətləri haqqında məruzə ilə çıxış edib. Məktəbin əsasən 7-11- ci sinif şagirdləri ilə görüşən bəstəkar məruzədən sonra, şagirdlərin sualları üzərində əsaslanan elm, yaradıcılıq (incəsənətin bütün sahələrini əhatə etməklə) və ədəbiyyat mövzularında bir sira sualları cavablandırıb.

    Qeyd etmək lazımdır ki, bu tədbir məktəbin rəhbərliyi tərəfindən olduqca yüksək səviyyədə təşkil olunub. Müasir dövrümüzdə, “Bəstəkar” və onun professional təhsili haqqında, bəlli olan “həvəskar” meyllər arasında olan neqativ (qeyri-professional) cəhətləri açıqlayan bəstəkar olduqca maraqlı suallar və fikirlər ilə öz çıxışına dəvam edib. Daha sonra 1 № li Şuşa məktəbində təhsil alan şagirdlərin sırasında, musiqi təhsili ilə məşqul olan iki gəncin çıxışları da, marağa səbəb olub. Qeyd edək ki, bu kimi görüşlər professional mütəxəssislər və məktəb şagirdləri arasında mütəmadi şəkildə keçirilməlidir. Bu, maarifçiliyin başlıca vəzifəsidir.