• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr 2018-ci il

    Ali məktəb tələbələri Atiahi respublika komitəsinin adlı təqaüdünə layiq görülmüşdür.

    07 noyabr 2018-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində keçirilən tədbirdə 2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar təşkilatının fəal üzvləri olan 61 ali məktəb tələbəsi adlı təqaüd ilə təltif edilmişdir.

    Tədbirdə sədr Səttar Möhbalıyev giriş sözü ilə cıxış etmişdir. O, azərbaycan dövlətinin gənclər siyasəti barədə danışmış, Həmkarlar İttifaqlarının bu yolda gördüyü işlər barədə söz açmışdır. Adlı təqaüd ilə təltif edilən tələbələr arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin III kurs tələbəsi Əzizov Ceyhun Rafael oğlu və ifaçılıq fakültəsinin II kurs tələbəsi Hüseynov Orxan İsa oğlu olmuşdur. Bu münasibətlə onları təbrik edirik!