• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 oktyabr 2018-ci il

    2018 ci il 25 oktyabr Çin Xalq Respublikası dövlət nümayyəndiliyi Konfutsi İnstitutunda Multikulturalizm siyasəti ilə bağlı “Sin tsan əyalətinin status kvo və tarixi” adlı Konfrans  keçirilib.

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin üzvü  Mina Hacıyeva  beynəlxalq elmi konfransda çıxış  edib.  Konfransda Çində multikultural dəyərlərin təbliği, Azərbaycan-Çin mədəni münasibətlər və əlaqələrin vacibliyi və əhəmiyyətini  vurğulanıb.