• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 oktyabr 2018-ci il

     Oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışı keçirilib.

    Tədbirdə əvvəlcə dövlət himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı çıxışını əks etdirən videoçarx nümayiş olunub.
    Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihə Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, onun irsinin yaşadılması və gənclər arasında təbliği, eyni zamanda, gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədini daşıyır.

    Tədbirdə məlumat verilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” ümumrespublika bilik yarışı 2014-cü ildən etibarən hər il təşkil olunur. Budəfəki yarışın oktyabrın 18-də - Dövlət Müstəqilliyi Günündə keçirilməsi təsadüfi deyil. Bu gün Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olaraq öz dövlət müstəqilliyini bərpa etməsindən 27 il keçir. Azərbaycan müstəqilliyini 1991-ci ildə bərpa etsə də, 1993-cü il iyunun ortalarınadək ölkədəki mövcud vəziyyət bu müstəqilliyin kövrək olduğunu göstərdi. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanda sabitliyin və inkişafın başlanğıcı oldu. Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hər sahədə inkişaf etdi.

    Qeyd edilib ki, “Heydər Əliyev və Azərbaycan tarixi” V ümumrespublika bilik yarışında 47 ali təhsil müəssisəsinin komandaları iştirak edib. Azərbaycan İlahiyyat İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının komandaları bu il ilk dəfə olaraq müsabiqəyə qoşulublar.

    Ali təhsil müəssisələrində əyani əsaslarla bakalavr və magistr səviyyələri üzrə təhsil alan tələbələr bu il də müsabiqəyə hazırlıq məqsədilə Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan tarixinə, Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, burada toplanmış arxiv materialları əsasında araşdırma aparıblar.
    Sonra tələbələrin yarışa hazırlığını əks etdirən videoçarx nümayiş olunub.
    Müsabiqə 3 turda keçirilib və hər turda Azərbaycanın tarixi, mədəniyyəti, ümummilli lider Heydər Əliyevin irsini əhatə edən 12 sual səsləndirilib. Qalib komandalar turlar üzrə qazanılmış xalların cəminə görə müəyyən edilib və mükafatlandırılıb.
    Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

    Bilik yarışında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məsul əməkdaşları – Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Xalq artisti, professor Yeganə Axundova, Həmkarlar ittifaqının sədri Aqil Qafulov, Mətbuat Xidmətinin rəhbəri Yeganə Tapdıqova iştirak ediblər.

    Yarışmada Bakı Musiqi Akademiyasını tələbələrdən – Qəhrəmanova Aygün, Seyidova Günel, Məhyəddinli Günay, Cavadvend Xəyalə, Məmmədzadə İsa, Quliyeva Nəzrin, Hacırzallı Murad, İsmayılov Cavid təmsil ediblər. Təşkilat komitəsi tərəfindən tələbələrimizə sertifikatlar təqdim edilib.