• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 oktyabr 2018-ci il

    12 oktyabr 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Konfrans zalında Moskva Konservatoriyasının professoru Kseniya Bonduryanskaya BMA-nın tələbələri və müəllimləri ilə görüş keçirdib.

    Tədbirdə “Art menecment” mövzusu üzrə məruzə təqdim olunub. Moskva Konservatoriyasının professoru Kseniya Bonduryanskaya “Kiçik uşaqlar üçün böyük həcmli musiqi” proyekti haqqında söhbət açaraq keçirtdiyi müxtəlif layihələr haqqında məlumat verib. Konsertlərin və proyektin hazırlanması zamanı güclü- zəif -imkan - risk haqqında əvvəlcədən nəzərə alınmasından, ümumiyyətlə Moskva Konservatoriyasında proyektlərin necə hazırlanmasından, onların sponsorları haqqında məlumat verib. Tədbir Video-çarxı ilə təqdim edilib.
    Moskva Konservatoriyasının professoru Kseniya Bonduryanskaya “Art menecment” adlı mövzusu dinləyicilər tərəfindən maraqla qarşılanıb.