• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 oktyabr 2018-ci il

    5 oktyabr 2018-ci il tarixində Bakı Ali Neft Məktəbində (BANM) Müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib.

    Qeyd edək ki, tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) ifaçı kollektivi də yaxından iştirak edib.

    Tədbirdə Ali Məktəbin rektoru Elmar Qasımov, BANM-ın professor-müəllim heyəti, əməkdaşları, tələbələri, media nümayəndələri, eyni zamanda BMA -nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, xalq artisti, professor Yeganə Axundova və digər qonaqlar iştirak ediblər.

    Tədbiri açan rektor E.Qasımov “Beynəlxalq Müəllimlər Günü” münasibətilə bütün müəllimləri təbrik edib, onlara pedaqoji və elmi fəaliyyətlərində uğurlar arzulayıb. Rektor bildirib ki, Ümummilli lider Heydər Əliyev “Mən dünyada müəllimdən yüksək ad tanımıram” – deyərək Azərbaycan xalqının fədakar müəllimlərinə yüksək dəyər verib, bu hörməti və dəyəri qoruyub saxlamaq və yaşatmaq isə hamımızın borcudur. E.Qasımov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin BANM-ın müəllimlərinə olan diqqətindən danışıb. Rektor vurğulayıb ki, bu il Neft-qaz mühəndisliyi kafedrasının dosenti Xanum Cəfərova Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə, ötən ay isə kafedranın professoru Fuad Vəliyev “Əməkdar müəllim” fəxri adı ilə təltif olunub.

    Daha sonra rektor E.Qasımov “Müəllimlər Günü” və 70 illik yubileyi münasibətilə, eyni zamanda ölkəmizdə neftçi kadrların hazırlanmasında verdiyi töhfəyə görə SOCAR-ın prezidenti Rövnəq Abdullayev tərəfindən təltif ediilən BANM-ın Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakova “Fəxri neftçi” döş nişanını təqdim edib və ona pedaqoji fəaliyyətində uğurlar arzu edib.

    Tədbirdə həmçinin təhsil sahəsindəki səmərəli fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri fərmanlarla təltif olunub. Belə ki, uzunmüddətli, peşəkar elmi-pedaqoji fəaliyyətinə görə və 70 illik yubileyi münasibətilə professor Siyavuş Azakov, uzun müddətli, peşəkar elmi-pedaqoji fəaliyyətinə görə professor Fuad Vəliyev, professor Ziyafəddin Əsədov, Manafəddin Namazov, Erkin İbrahimov, Farad Kamyabi, Nailə Allahverdiyeva, Leyla Muradxanlı, Aziz Çankaya, Asif Qocayev, uzun illər yüksək əmək göstəricilərinə və peşəkar əmək fəaliyyətinə görə Zəfər Qurbanov, Oktay Məmmədov, Natiq Qurbanov, Könül Məhərrəmova və Şəhriyar Məmmədov Bakı Ali Neft Məktəbinin fəxri fərmanı ilə təltif ediliblər.

    Tədbirdə həmçinin “Azərkosmos” və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən "CanSat Azərbaycan 2018" müsabiqəsinin final mərhələsində 2-ci yerə çıxan BANM tələbələri rektor E.Qasımov tərəfindən xüsusi mükafatlandırılıblar.

    Tədbirin bədii hissəsində çıxış edən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının BAKU CHAMBER ORKESTRA- Gənclər Kamera Orkesti tədbirə rəng qataraq maraqlı anlar yaşadıb. Belə ki, bədii rəhbəri - Azərbaycan və SSRİ xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, direktoru - Azərbaycan Respublikasının xalq artisti, BMA -nın prorektoru Yeganə Axundova, dirijoru - Azərbaycan Respublikasının əməkdar artisti Fuad İbrahimov olan Gənclər Kamera orkestrinin ifasında səslənən zəngin musiqi repertuarı dinləyiciləri feyziyab edib. Konsert proqramında - A. Əlizadə "Cəngi", Q.Qarayev 2 rəqs, Niyazi "Arzu", F. Əmirov "1001 gecə" baletindən Şəhrizadın bayramı, Xalq mahnısı "Qaragilə", Vivaldi "İlin fəsilləri - Yay", Xalq mahnısı "Gəl bizə", F.Bədəlbəyli Dəniz, T.Quliyev "Sevgi valsı", H.Rzayev "Çahargah rapsodiyası", "Qarabağ şikəstəsi", Niyazi "Qaytağı", M.Maqomayev "Azərbaycan" əsərləri səsləndirilib. Gənclər Kamera Orkestri ilə yanaşı solistlər qismində Azərbaycan Dövlət Kapellasının solisti Aytən Orucəliyeva, Televiziya Muğam müsabiqəsinin qalibləri Sədəf Budaqova və Məhəbbət Səfərov, Beynəlxalq müsabiqə qalibi Rövşən Əmrahov, Respublika müsabiqələr laureatı Orxan Cəlilov, Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə, Respublikanın Əməkdar artistləri Elçin Həşimov və Elnur Əhmədov, Beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev çıxış ediblər. Tədbir gurultulu alqışlarla sona yetib.