• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    21 sentyabr 2018-ci il

    21 sentyabr 2018-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Filadelfiya şəhərində yerləşən Templ Universitetinin professoru, dirijor Eduard Şmider Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Cənab E.Şmider Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür.

    Görüşdə E.Şmiderin jüri qismində iştirak etdiyi bir çox beynəlxalq müsabiqələr, onun 1991-ci ildə Dallasda əsasını qoyduğu iPalpiti Fondunun dünyada gənc musiqiçilərin yaradıcılığına dəstəyi və təbliği üçün gördüyü işlər, iPalpiti orkestri və gənc musiqiçilərin bu orkestrə cəlb olunması, həmçinin, Azərbaycan musiqisinin bir çox korifeyləri haqqında söhbətlər aparılmışdır. Eyni zamanda ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti vurğulanmışdır.