• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    13 sentyabr 2018-ci il

    13 sentyabr 2018-ci il tarixində İspaniya Krallığının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili İqnasiyo Sançez Taboada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Cənab İ.S.Taboada BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür.

    Görüşdə hər iki tərəfin musiqi mədəniyyəti haqqında söhbətlər aparılmış, qarşılıqlı mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə edilmiş və bu istiqamətdə yeni addımlar atılmasına dair müzakirələr baş tutmuşdur. Belə ki, 2018-ci il oktyabr ayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış ispan baritonu Luis Yanezanın konsertinin və ustadlıq dərslərinin keçirilməsi nəzərdə tutulmuşdur. Müzakirə zamanı, həmçinin, 11 oktyabr 2018-ci il tarixində İspaniyanın milli günü ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının da dəstəyi ilə konsertin keçiriləcəyi qeyd edilmişdir.