• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19 iyul 2018-ci il

    19 iyul 2018-ci il tarixində Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının növbəti tədbiri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçirilib.

    Tədbirdə Coral Allegro Once Valencia musiqi qrupunun üzvlərinin ifasında bir sıra rəngarəng musiqi nömrələri (Michael Jackson/ S.Tardy “Heal the world”, B.Capo/J.Debon “Piel Canela”, D.Ellington/ J.Debon “Satin Doll”, Jose Ma Cano/ D.Burgard/ G.Salvador “Hijo de la Luna”, A.North/ H.Zaret/ A.Gracia “ Unchained Melody (“Ghost”), N.Piovani/ J.Debon “La vida es bella”, “Historia de un amor”, Coldplay/ M.Brymer “Viva la Vida”, E.R.Hawkins/ H.Thomas. N.W.Macedo “Oh happy day”, John Lennon “İmagine”) dinləyicilərə təqdim olunub. Qeyd edək ki, 1982 –ci ildə yaradılan qrup görmə qabilliyəti məhdudiyyətli olan gənclərdən ibarətdir. Alligros xoru illər ərzində çox saylı xüsusi konsertlərdə (televiziya və radio yayımları) və yazılarda unudulmaz şöhrət qazanmışdır və onlar dünyada çoxsaylı nüfuzlu yerlərdə Europeades (Fransa 1989, 1991 və Danimarka 1993), Gənclər Musiqi Festivalı ( Portuqaliya 1990), Avropa Kantat ( Macarıstan 1996 və İspaniya 2010) Expo98 (Portuqaliya 1998), İSME konfransları (İspaniya 2004, Çin 2010 və Yunanistan 2012), Əlilliyi olan insanların Beynəlxalq Günü- Avropa Parlamenti (Brussel, Belçika 2016) çıxış ediblər.

    19 iyul 2018-ci il tarixində əslən İranlı olan tanınmış kamança ifaçısı, bəstəkar, vokalist, Gilan ansamblının rəhbəri, kamancellonun təsiscisi və yaradıcısı kürd kamança impravizatoru Şəhriyar Cəmşidinin özünə məxsus peşəkar ifası bütün qonaqların diqqətinə çatdırılıb. Tehran İncəsənət Universitetini bitirən kamança ifaçısı Kürd musiqi irsinin qorunması və ötürülməsi onun ilkin məqsədlərindəndir. 2012-ci ildə Kanadada konsert proqramında ifası ilə məhşurlaşandan bəri İsveçrə və Kanadada, Torantoda, Tirqan festivalında və Beynəlxalq musiqi konfransında iştirak etmək üçün yeni musiqi dili axtarışında olub. Şəhriyar İSME (İnternational Society for Music Education) 2018 – 33-cü Ümumdünya Konfransı layihəsi ətrafındada öz bənzərsiz ifaları ilə yaddaşda qalıb. Belə ki, (“A Boundary Less Passage”, İmprovisation in Kurdish (Muğam) Maqam”, “A vocal folk song with new arrangement”) əsərlərini nümayiş etdirib.

    Eyni zamanda Bakı Musiqi Akademiyasının böyük zalında Qanun-Tanbur Konserti keçirilib. Tanburda: Hanefi Özbek, Qanun alətində isə Volkan Gidiş çıxış edib. Konsert proqramında müəlliflərin öz əsərləri olan “Bir başka hazan”, “Üçlerin dansı”, “Sevcan”, “Aşk-ı Eylül” əsərləri ifa olunub. Səslənən ifalar dinləyicilərin rəğbətini qazanıb.