• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 iyul 2018-ci il

    Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakı konfransının Bakı Musiqi Akademiyasında növbəti tədbiri keçirilib.

    17 iyul 2018-ci il tarixində Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Ümumdünya Konfransının növbəti tədbiri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında növbəti tədbiri keçirilib.

    Azərbaycan Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən təşkil edilən konfransda 500-dən çox mədəniyyət, incəsənət və elm xadimi iştirak edir. İyulun 16-da konfrans çərçivəsində türk xalqlarının mədəniyyəti ilə tanışlıq olub. İyulun 17-də Bakı Musiqi Akademiyasının müxtəlif zallarında tanınmış musiqişünasların, musiqinin tədrisi üzrə mütəxəssislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin məruzələri dinlənilib.

    Tədbirdə canlı ifalar da olub. Konsert proqramlarında Bakı Musiqi Akademiyasının tələbələrindən ibarət "Lumineux" - vokal xor ansamblı (Bədii rəhbər və dirijor BMA-nın baş müəllimi Naala Barateliya) çıxış edib. Ansamblın repertuarında azərbaycan və xarici bəstəkarların əsərləri səslənib. Daha sonra günün sonunda Bakı Musiqi Akademiyasının Böyük zalında Böyük Britaniyanın “The Canterbury Voices” xor ansamblının çıxışı olub. Ansamblın ifasında “Mozart Overture to marriage of Figaro”, “Sweet Kate”, “Though My Carriage”, “How Sweet the Moonlight”, “Smile”, “Libertango” və s. əsərlər səslənib. Tədbir Gozdem İlkay ifası ilə sona çatıb. Pianoçunun ifasında İ.S.Bax “2 saylı fransız süitası” və F.Şopen “Ballada №4 Op.52” əsərliri dinləyicilərə təqdim edilib. İfaçıların çıxışları konfransın iştirakçıları tərəfindən maraqla qarşılanıb.