• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    19-21 iyun 2018-ci il

    19-21 iyun 2018-ci il tarixində tarixlərində Qazaxıstanın paytaxtı Astana şəhərində “MDB-nin yaradıcı və elmi ziyalılarının XIII forumu” keçirilib (XIII Форум творческой и научной интеллигенции СНГ).

    Qeyd edək ki, üç gün davam edən Forumda MDB-nin bütün ölkələrindən təxminən 200 nümayəndə Qazaxıstanın paytaxtı İlin əsas humanitar tədbirində iştirak etmək üçün toplaşmışdırlar.

    Forumda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Polad Bülbüloğlu; Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy; Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbəy Məmmədiulı, DHƏF-in icraçı direktoru Anatoli İksanov, MDB-nin müvafiq Nazirlik və idarələrinin rəhbərləri, tanınmış ictimai xadimlər, elm, mədəniyyət, təhsil nümayəndələri iştirak ediblər.

    MDB-nin elm və yaradıcı ziyalıların forumları 2006-ci ildən dünyanın müxtəlif ölkələrində növbə ilə keçirilir. Onlar Birlik məkanında humanitar tədbirlərlə illik böyük layihələridir. Burada ötən ilə yekun vuraraq, birgə fəaliyyət planları müzakirə olunur, daha aktual məsələləri üzrə qarşılıqlı fəaliyyət, informasiya, turizm, idman, elm, təhsil, mədəniyyət sahəsində, gənclərlə iş üzrə tövsiyələr verilib.

    Forumun əsas mövzusu - XIII Forumu " MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlıq perspektivləri".

    Forumun kulminasiyasında incəsənət, elm və təhsil sahəsində nailiyyətlərinə görə "Birlik Ulduzları" adlı MDB Dövlətlərarası mükafatına laureatlarının təntənəli təltif mərasimi keçirilib.

    Nəzərinizə çatdırmaq istərdik ki, 2019-ci ildə Mədəniyyət Forumun paytaxtı Belarusiyanın Brest şəhəri təsdiqlənib.

    Qeyd edək ki, Bakı Musiqi Akademiyasını “MDB-nin yaradıcı və elmi ziyalılarının XIII forumda” tədris işləri üzrə Birinci prorektor, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Quliyeva Nərminə və professor, Əməkdar incəsənət xadimi Fəxrəddin Kərimov təmsil ediblər.