• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 iyun 2018-ci il

    Heydər Əliyev adına Ali Hərbi Məktəbdə iyun ayının 27-də Respublika Bilik Fondunun və Ü.Hacıbəyli adına BMA-nın təşkilatçılığı ilə hərbi vətənpərvərlik tərbiyəsinə dair tədbir keçirilmişdir.


    Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunan tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, dosent Ariz Abduləliyevin “Hərbi vətənpərvərlik mövzusu musiqidə” adlı məruzəsi dinlənilmişdir.

    Zabitlərə və kursantlara qədim və orta əsrlərdə, eləcədə XX əsrdə və müasir dövrdə orduda, hərbi yürüşlərdə, hərbi-vətənpərvərlik tərbiyəsində tətbiq olunan musiqi janrları, hərbi musiqi, əsgər və səngər mahnıları haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, istər keçmiş zamanlarda, istər müasir dövrdə kompleks yanaşma tələb edən vətənpərvərlik tərbiyəsində musiqidən, onun mənəvi təsir gücündən, tərbiyəvi rolundan həmişə istifadə olunmuşdur. Məruzəçi Azərbaycan xalqının musiqi yaradıcılığında, qəhrəmanlıq eposlarında vətənə və vətənpərvərliyə həsr olunan qəhrmanlıq nəğmələrindən bəhs etmiş, Azərbaycan bəstəkarlarının yaradıcılığında vətən, Qarabağ, şəhidlik, qəhrəmanlıq mövzularına həsr olunan musiqi əsərləri haqqında məlumat vermişdir. Mühazirə boyunca zabit və kursantlar vətənpərvərlik mövzusunda musiqi nümunələri dinləmişlər.

    Sonda şəxsi heyət qarşısındakı maraqlı məruzəsinə görə, Ariz Abduləliyevə Azərbycan Ali Hərbi Məktəbin rəisi general-mayor Fizuli Salahov tərəfindən Fəxri Fərman verilmişdir.

    A.Abduləliyev