• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 iyun 2018-ci il

    18 iyun 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, professor Fərhad Bədəlbəyli ölkəmizdə səfərdə olan Özbəkistanın mədəniyyət naziri, Milli konservatoriyanın rektoru Bakhtiyor Sayfullayev, səfir Şerzod Fayziyev və səfirliyin nümayəndələri ilə görüşüb.

    Qeyd edək ki, 21 iyun 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikasında keçirilən “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” tədbirində iştirak etmək məqsədilə Özbəkistan Respublikasının Mədəniyyət Naziri B.Sayfullayev başda olmaqla yüksək səviyyəli nümayəndələri Bakının qonağı olublar.

    Bu tədbir çərçivəsində ölkələrimiz arasında qarşılıqlı mədəni əlaqələrin davamlı bağlılığı, musiqi ocaqlarında tədrisinin inkişafı və hər iki ölkənin dahi bəstəkarlarına həsr edilmiş tədbirləri haqqında söhbətlər aparılıb. 2017-ci ildə iki musiqi ocaqları arasında bağlanılan müqaviləyə əsasən keçirilən görüşdə ikitərəfli mədəni əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb.