• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    12 iyun 2018-ci il

    12 iyun 2018-ci il tarixində Polşanın Azərbaycandakı səfiri Marek Tsalka Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Cənab M. Tsalka Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq Artisti, Professor Fərhad Bədəlbəyli və Beynəlxalq əlaqələr üzrə prorektor, professor Yeganə Axundova ilə görüşmüşdür. Görüşdə iki ölkənin musiqi mədəniyyəti və musiqi təhsili haqqında söhbətlər aparılmış, hər iki ölkə arasında qarşılıqlı mədəni əlaqələrin başlanmasına və bu istiqamətdə yeni addımlar atılmasına dair müzakirələr baş tutmuşdur.

    Belə ki, 2018-ci ilin noyabr ayında tanınmış Polşa pianoçusu Eva Poblockanın konsertinin və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin tələbələri üçün ustadlıq dərslərinin keçirilməsi nəzərdə tutulmuşdur.