• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 iyun 2018-ci il

    4 iyun 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akadeniyasının professoru, Rusiya Fəlsəfə cəmiyyətinin Azərbaycan bölməsinin sədri Mina Hacıyeva (AMEA) Mərkəzi Elmi Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Mədəniyyətlərin müxtəlifliyi şəraitində dialoq fəlsəfəsi” mövzusunda dördüncü beynəlxalq elmi konfransda iştirak edib.

    Professor Mina Hacıyeva çıxışında Ümummilli Lider Heydər Əliyevin multikulturalizm və tolerantlıq ideologiyasının öyrənilməsi və təbliği baxımından əhəmiyyətini vurğulanıb. Qeyd edək ki, Heydər Əliyev Qiraətlərində AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli , AMEA Fəlsəfə İnstitutunun direktoru, professor İlham Məmmədzadə, Rusiya Elmlər Аkademiyası Fəlsəfə İnstitutunun elmi rəhbəri, akademik Əbdülsalam Hüseynov, Rusiya Fəlsəfə Cəmiyyətinin vitse-prezidenti, professor Aleksandr Çumakov iştirak ediblər.