• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    10-11 iyun 2018-ci il

    SABAH tələbələrinin Azərbaycan Xalq Cümhurriyətinin 100 illiyinə həsr olunmuş SABAH İncəsənət festivalı keçirilib.

    10-11 iyun 2018-ci il Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (İnstrumental ifaçılıq), Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (Aktyor sənəti, Rejissor sənəti), Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Memarlıq ixtisası) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (Dizayn, Dekorativ tədbiqi sənət) 6 incəsənət yönümlü ixtisas üzrə təhsil alan 140 Sabah qrupları tələbələri SABAH İncəsənət festivalında iştirak edib.

    10 iyun 2018-ci il SABAH İncəsənət festivalı I günü “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində keçirilib. Burada İnstrumental musiqi, pantomima, İncəsənətin müxtəlif sahələri üzrə ustad dərsləri verilib.

    Festivalın 2-ci günü - 11 iyun tarixində Beynəlxalq Muğam Mərkəzində təşkil olunub. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti iştirak edib. Mərasimin I hissəsində sərgi nümayiş olunub. Konsertdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra ADMİU SABAH tələbələrinin ifasında Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tamaşa nümayiş olunub. Ardınca BMA SABAH tələbələrinin ifasında maraqlı konsert proqramı dinləyicilərə təqdim olunub. Konsert proqramında Ernesro Lekuona –i -Kasado – “Maraquenya” (İfa etdi: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı: Hacızadə Suada), Vladimir Peskin – “Konsert” (İfa etdi: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı: Səlimov Mehman), Vaqif Mustafazadə – “Mart”(İfa etdi: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı: Əzizov Cavid), Qara Qarayev – “Kvartet”(İfa etdilər: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun II kurs tələbələri - Hüseynov Orxan, Kərimli Qəmər, Rzayev Bahadur, Əmişov Əli), Sergey Raxmaninov – “Prelüd” (İfa etdi: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı : Manafzadə Atabala), Aleksandr Tsvasman – “İntermetso”(İfa etdilər: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun II kurs tələbələri - Əmiraslanov Nəriman və Rizvanova Günel), Vaqif Mustafazadə – “Bayatı Şiraz”(İfa etdi: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı: Aydəmirov Vüsal), Benni Gudman – “SİNG,SİNG,SİNG”(İfa etdilər: Bakı Musiqi Akademiyasının vokal ansamblı, Müşayət edir: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı : Manafzadə Atabala), “Blue skies”(İfa etdilər: Bakı Musiqi Akademiyasının vokal ansamblı, müşayət edir: Bakı Musiqi Akademiyasının “SABAH” qrupun III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı : Manafzadə Atabala) əsərləri ifa olunub. Daha sonra vidioçarxın təqdimatı, rəsmi çıxışlar və iştirakçılara diplomlar təqdim olunub.

    Festivalda Azərbaycan Respublikasının təhsil naziri, cənab Ceyhun Bayramov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektorları, SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, prorektorlar, müəllimlər və tələbələr iştirak edib.