• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 iyun 2018-ci il

    Fövqəladə Hallar Nazirliyinin Akademiyasının yaradılmasının 10 illiyi münasibətilə tədbir keçirilmişdir.


    5 iyun 2018-ci il tarixində FHN Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir. Tədbir Akademiyanın yaradılmasının 10 illiyi münasibətilə təşkil olunmuşdur. Qeyd edək ki, tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının rəhbərliyi yaxından iştirak etmişdir.

    Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov təhsil ocağının yaradılması və faəliyyəti barədə ətraflı məlumat verərək əməkdaşları təbrik etmişdir.

    Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 1 nömrəli Uşaq-gənclər İnkşaf Mərkəzinin kollektivi geniş musiqi proqramı ilə çıxış etmişlər. BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva Akademiyanın şəxsi heyətini və kursantları ali təhsil ocağının 10 illiyi münasibətilə təbrik etmişdir. Nəzərə çatdıraq ki, konsert proqramında BMA-nın tələbələrindən ibarət “Detaşe” violinoçular ansamblı (bədii rəhbər: AR Xalq artisti, professor Zəhra Quliyeva) və pianoçu Vüsal Aydəmirov rəngarəng musiqi parçaları səsləndirmişlər.

    Sonda Akademiyanın rəisi Pənah Süleymanov konsert proqramının təşkilinə görə təşəkkür etmişdir.