• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    8 iyun 2018-ci il

    Xatırladaq ki, 8 iyun 2018-ci il tarixində İspaniya Krallığının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər Vəkili İqnasiyo Sançez Taboada Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Cənab İ.S.Taboada BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova ilə görüşmüşdür. Görüşdə iki ölkənin musiqi mədəniyyəti və musiqi təhsili haqqında söhbətlər aparılmış, hər iki ölkə arasında qarşılıqlı mədəni əlaqələrin başlanmasına və bu istiqamətdə yeni addımlar atılmasına dair müzakirələr baş tutmuşdur. Belə ki, 2018-ci il oktyabr ayında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında tanınmış ispan baritonu Luis Yanezanın konsertinin və ustadlıq dərslərinin keçirilməsi nəzərdə tutulmuşdur. Müzakirədə həmçinin İspaniyanın milli günü ilə əlaqədar Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dəstəyi və iştirakı ilə konsertin  həyata keçirilməsi haqqında söhbətlər aparılmışdır.