• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    5 iyun 2018-ci il

    Uşaqların Beynəlxalq Müdafiəsi günü bütün dünyada keçirildiyi kimi Azərbaycanda da 1 iyun tarixində keçirilir. Azərbaycan dövlətinin uşaqlara xüsusi diqqəti , xüsusi məhəbbəti vardır.

    Uşaqlar bizim gələcəyimizdir ! – devizi altinda bir çox xeyriyyə aksiyaları keçirilir və bunların hamısı Prezidentimiz Cənab İlham Əliyevin uşaqlarla bağlı irəli sürdüyü siyasətin nəticəsidir.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası da, ilk növbədə dövlətimizin və daha sonra professional musiqimizin banisi Ü.Hacıbəylinin ənənələrinin davamı olaraq 1 iyun uşaqlar günü münasıbəti ilə, uşaqların və yeniyetmələrin dünya görüşlərinin, musiqi zövqlərinin düzgün istiqamətləndirilməsi məqsədi ilə xeyriyyə aksiyası keçirtdi.

    Xeyriyyə Aksiyası Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi “ 1№ laboratoriyasının əməkdaşları: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, 1№ laboratoriyanın müdiri, baç elmi işçi Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, aparıcı elmi işçi Mələk Vəlizadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, boyük elmi işçi Mehparə Rzayeva və BMA-nın doktorantı, elmi işçi Könül Əhmədova tərəfindən Bakı şəhərində yerləşən A.Makarenko adına humanitar fənnlər təmayüllu internat tipli gimnaziyada keçirilmişdir.

    Ü.Hacıbəyli adına BMA-nin alimləri uşaqlarla görüşdə, onların musiqi dünya- görüşlərinin, mənəvi zənginliklərinin artması , maraq dairələrinin düzgün formalaşması məqsədi ilə bir – birindən maraqlı məruzələrlə çıxış etmış və müxtəlif slaydlarla Azərbaycan professional musiqi nümunələrini onlara dinlətmişlər. Görüşde gimnaziyanın şagirdləri ilə yanaşı, gimnaziyanın direktoru Murad Əlizadə,tədris şöbəsinin müdirləri Zemfira Həsənova və Fəridə Məmmədova da iştirak edirdilər. Görüşün sonunda çıxış edən gimnaziyanın əməkdaşları bu gür aksiyaların uşaqların inkişafında mühüm rol oynadığını və Ü.Hacıbəyli adına BMA-nın əməkdaşlarının gözəl bir missiyaya imza atdıqlarını qeyd etdilər. Fəridə Məmmədova qeyd etdi ki,” Sizin bu gün uşaqlara bəxş etdiyiniz tövhə ,bu gün burda eşitdikləri və gördükləri onların həyatı boyu yadlarından çıxmayacaq, Bu gün biz bir çox bilmədiyimiz məlumatlara yiyələndik “.

    Xeyriyyə aksiyası yüksək səviyyədə keçirilmişdir.

    Uşaq və yeniyetmələrin musiqi zövqünün formalaşması məqsədilə bu tipli aksiyaların keçirilməsı Bakı şəhəri ilə yanaşı bölgələrimizdə də həyata keçiriləcəkdir. Əsas məqsəd gələcəyimiz olan uşaqların mənəvi dünyalarının zənginləşməsi və dövlətimimzin uşaqlarla bağlı yürütdüyü siyasətin həyata keçirilməsidir.

    Rzayeva Mehparə
    Sənətşünaslıq üzrə fəlsəfə doktoru