• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    31 may 2018-ci il

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Elmi laboratoriyanın yeni bir seminarı keçirilib.

    Artıq keçirilən elmi seminarlar laboratoriyanın əməkdaşları üçün ənənə halına çevrilib. Belə ki, may ayının 31-i “Şifahi ənənəli Azərbaycan musiqinin və yeni istiqamətlərin tədqiqi” adlı emi laboratoriyanın elmi əməkdaşı, doktorant Könül Əhmədovanın Elmi Seminarı oldu. Keçirdiyimiz bu elmi seminarlarda laboratiroyanın əməkdaşları ilə birgə, həm də Bakı Musiqi Akademiyasının müəllim və tələbə heyəti də iştirak edir. Bu günkü seminarda Könül Əhmədova “Musiqidə komiklik haqqında” adlı mövzu ilə çıxış etdi. Dissertasiya işi olduğunu qeyd edən Könül xanım tədqiqat işinin ümumi planı ilə bizi tanış etdi. Komik mövzuların tarixini işıqlandıran Könül xanım çox dərin formada bizə komizm, satira, yumor, sarkazm, açı kinayə, istehza haqqında da məlumat verdi. Burada təkcə Azərbaycan musiqisində deyil, hətta Avropa və rus musiqisində komik mövzuda yazılmış əsərlərin müqayisəli təhlili də göstərdi. İnkişaf istiqamətinin bilərəkdən pozulması, musiqidə gözlənilməz baş verən melodik, yaxud harmonik dəyişikliklər, məntiqi bir hərəkətlə sanki yolunu azması - çox zaman məhz komik effekt yaratmaq məqsədilə tətbiq edilir. Bəzən bəstəkar tərəfindən melodiya ilə harmoniya arasında ənənəvi mütənasibliyin, uyğunluğun bilərəkdən pozulması, yaxud bunların lad və tonallığa uyğun gəlməməsi, formadakı simmetriyanın vasitəsilə komik obrazın yarandığını görürük. Könül Əhmədova musiqidə komik mövzu və obrazların müxtəlif çalarlarla təzahürünə gülüş qammasının birbaşa təbəssüm bir tərəfdə isə qətiyyət xarakterizə edilməsini də qeyd edərək komizm haqda ərtaflı məlumat verdi. Seminarda suallar və təkliflər də oldu. Tədqiqatçıya uğurlar və tezliklə işinin müdafiəyəyə təqdim edilməsi təklif edildi.

    BMA-nın doktorantı, Elmi-tədqiqat laboratoriyasının elmi işçisi
    Fidan Nəsirova