• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    22 may 2018-ci il

    22 may 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına görkəmli Azərbaycan bəstəkarı, SSRİ və Azərbaycan xalq artisti, bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovu Nazim Hikmət adına Beynəlxalq Dostluq Mükafatının verilməsini bildirmək və Moskvada keçiriləcək rəsmi və təntənəli təqdimat mərasimində iştirak etmək üçün dəvət məqsədi ilə Rusiya və Türkiyədən Bakıya rəsmi nümayəndə heyəti gəlib.


    Qeyd edək ki, Nazim Hikmət yaradıcılığına müraciət etdiyi üçün və onu dünya ictimayətinə tanıtdığı üçün məhz bu mükafata professor Arif Məlikov layiq görülüb.
    1961-ci ildə Arif Məlikov, Nazim Hikmətin librettosu əsasında “Legenda o Lyubvi” baletini bəstələmişdir. Həmin balet dünyanın 70-dən artıq ölkəsində səhnələşdirilmiş və indiyə qədər də bir çox məhşur səhnələrdə tamaşaya qoyulur.

    Görüşdə Lomonosov adına Moskva Dövlət Universitetinin dosenti Jiqulskaya, Azərbaycan-Türk İş adamları Birliyinin İdarə Heyətinin üzvü Kaya Karslı, həmin birliyin layihə meneceri Sevda Məmmədli, BMA-nın tədris işləri üzrə birinci prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, Əməkdar incəsənət xadimi, professor Ceyhun Allahverdiyev, dosent Gülnarə Məmmədova iştirak ediblər.

    Görüş Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasınnın bəstəkarlıq kafedrasında çox maraqlı və səmimi şəraitdə həyata keçirilib.

    Qeyd edək ki, sözü gedən Beynəlxalq Sertifikat dünyanın tanınmış şəxslərinə verilmişdir. Onların arasında Lomonosov adına MDU-nın professoru, görkəmli Türkolog Meyer, Rusiyanın Türkiyədəki sabiq səfiri Andrey Karlov, Türkiyə şairi Ataol Bəhramoğlu və digər tanınmış simaların adları vardır.