• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    1 may 2018-ci il

    Mayın 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.

    BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək ümummilli liderin keçdiyi həyat yolundan danışıb, mədəniyyətə diqqət və qayğısından, o cümlədən Azərbaycan musiqiçilərinə verdiyi dəyərdən bəhs edib. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan naminə gördüyü misilsiz işlər onu tarixdə və yaddaşlarda əbədiyaşar edib.

    F.Bədəlbəyli dünya şöhrətli siyasi xadimin idarəetmə bacarığı, prinsipial mövqeyi, dərin zəkası və peşəkarlığı ilə ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında qazanılmış uğurlardan söz açıb. O, müdrik şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi illəri Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış mərhələ kimi qiymətləndirilib.

    Sonra filologiya elmləri doktoru, professor Tərlan Quliyevin “Heydər Əliyev müstəqil Azərbaycanın memarı kimi”, BMA-nın böyük elmi işçisi, dosent Ariz Abduləliyevin “Azərbaycan musiqi incəsənətinin inkişafında Heydər Əliyevin tarixi xidmətləri”, Xalq artisti Xuraman Qasımovanın “Mənim Heydər Əliyev və onun ailəsi ilə bağlı xatirələrim” mövzusunda məruzələri dinlənilib.

    Tədbir çərçivəsində Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında, həmçinin onun mədəniyyət və incəsənət xadimləri ilə görüşünü əks etdirən sənədli filmlər izlənilib.

    Sonda Bakı Musiqi Ademiyasının tələbələrinin hazırladığı konsert proqramı təqdim edilib. Belə ki, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin (Dirijor: Əməkdar artist Fuad İbrahimov) ifasında (Üzeyir Hacıbəyli “Arazbarı ”, Q.Qarayev “İldırımlı yollarla” baletindən rəqs), Respublika musabiqələr laureatı Orxan Cəlilov (S.Rüstəmov “Alagöz”, Sevil Əliyeva “Ana”), Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə F.Bədəlbəyli “Dəniz”) əsərləri dinləyicilər tərəfindən rəğbətlə qarşılanıb.