• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 aprel 2018-ci il

    30 aprel 2018-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Q. Qarayev konfrans zalında dahi bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş, tələbələrin (bakalavr, magistr, doktorant) Respublika elmi-konfransı keçirildi.

    Tədbir sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Gülnaz Abdullazadə və Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyeva tərəfindən təşkil olunmuşdur. İki hissədən ibarət olan konfransda ilk öncə tələbələr öz məruzələri ilə çıxış etdi, daha sonra isə musiqi nömrələrindən ibarət konsert proqramına yer verildi.

    Tədbirdə “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar İncəsənət xadimi, sənətşünaslıq namizədi, professor Ülviyyə İmanovanın tələbələri – Aygün Qəhrəmanova (III kurs bakalavr, “Qara Qarayev və onun bətəkarlıq məktəbi”); “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, sənətşünaslıq namizədi, professor Könül Nəsirovanın tələbəsi – Ülkər Hüseynli (doktorant, “Q. Qarayevin və F. Əmirovun yaradıcılığı “XX əsrin musiqi kontekstində”); Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor İmruz Əfəndiyevanın tələbələri – İlahə Şirəliyeva (Bakı Xoreoqrafiya Akademiyasının dissertantı, “Qara Qarayevin yaradıcılığında vals janrının istifadəsi və onun dramaturji rolu”), Gülnar Niftəliyeva (Bakı Xoreoqrafiya Akademiyasının magistri, Q. Qarayevin tələbəsi, görkəmli bəstəkar Firəngiz Əlizadənin, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “İthaf” əsəri haqqında), Fatimə Quliyeva (II kurs magistr, “Ü. Hacıbəyli tələbələri Fatimə Səmədova və Fatimə Zeynalovanın musiqi nəzəriyyəsinə aid dərslikləri”); Əməkdar incəsənət xadimi, sənətşünaslıq namizədi, professor Mehriban Əhmədovanın tələbələri – Səkinə Şirinova (I kurs bakalavr, “Dahi bəstəkar Qara Qarayev haqqında tələbə düşüncələri”), Tutu Hüseynova (II kurs bakalavr, “Qara Qarayevin prelüdləri (musiqi dilinin bəzi xüsusiyyətləri)”); xor-dirijorluq kafedrasının professoru, əməkdar incəsənət xadimi Sevil Hacıyevanın tələbəsi – Nəzrin Əlizadə (I kurs bakalavr, “M. Maqomayevin “Nərgiz” operasında xorun dramaturji rolu”); professor, sənətşünaslıq doktoru Sevda Qurbanəliyevanın tələbəsi – Nüşabə Seyfullayeva (AMEA-nın Gəncə bölməsinin dissertantı, “Qara Qarayevin tələbəsi, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Telman Hacıyev”) olduqca maraqlı məruzələr səsləndirdilər.

    Konfransın ikinci hissəsi konsert proqramı ilə davam etdi. Belə ki, (Mahir Tağızadə, Valeriya İsgəndərova, Orxan İbrahimov) ifasında (Q. Qarayev. Bas və simfo-caz üçün “Üç noktürn” vokal silsiləsi, Q. Qarayev. Romanslar: “Mən sizi sevirdim”, “Gürcüstan təpələrində”, Q. Qarayev. “İndırımlı yollarla” baletindən “Qızların rəqsi”, Eldar Dadaşov “Romans-elegiya”) kimi rəngarəng musiqi nömrələri səsləndi.

    Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbə heyəti tərəfindən dinlənilən tədbir yüksək maraqla qarşılandı.