• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 aprel 2018-ci il

    28 aprel 2018-ci il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfiri Kim Chanq Gyu Bakı Musiqi Akademiyasının qonağı olmuşdur.

    Qonaq Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Yeganə Axundova ilə görüşmüşdür. Görüş əsnasında 2 ölkə arasında dostluq və mədəni mübasibətlərin daha da inkişaf etdirilməsinin perspektivləri müzakirə olunmuşdur. Müzakirə əsnasında bu ilin dahi bəstəkar Q.Qarayevin 100 illik yubileyinə həsr olunduğu da qeyd olunmuşdur.

    Həmçinin 28 aprel 2018-ci il tarixində Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının ‘Opera’ zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə "Bakı K-pop Festivalı 2018’ festivalı keçirilmişdir. Səfir bu festival barədə geniş məlumat vermişdir. Festivalda yalnız k-pop ifaçıları deyil, həmçinin azərbaycanlı məhşur müğənnilərin ifaları dinlənilmiş, Koreyaya aid rəsm əsərləri nümayiş etdirilmiş, qonaqlar arasından seçim edilərək hədiyyələr təqdim olunmuşdur.