• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 aprel 2018-ci il

    Dahi azərbaycan bəstəkarı Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş konfrans

    24 aprel 2018-ci il tarixində Q.Qarayev adına 8 saylı 11 illik musiqi məktəbində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu və “Metodika və xüsusi pedaqoqji hazırlıq” kafedrasının təşkil etdiyi dahi azərbaycan bəstəkarı Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

    Tədbirdə ilk öncə BMA-nın “Sabah” qrupunun II kurs tələbəsi Məmmədova Aytac çıxış edərək Əməkdar İncəsənət xadimi, Xalq artisti, professor Arif Məlikovun həyat və yaradıcılığını geniş əks etdirən məruzə ilə çıxış edib.

    Bunun ardınca tədbirdə görkəmli bəstəkar Arif Məlikovun yaradıcılığından bir sıra rəngarəng musiqi nömrələri dinləyicilərə təqdim olunub. Belə ki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupların tələblərinin (Bayramov Camal, Rizvanova Günel, Əmiraslanov Nəriman, Hüseynzadə Nərgiz, Adığözəlova Mehriban, Mustafayeva Arzu, Əliyev Hidayət, Rzayev Bahadur, Quluzadə Əzizağa, İbrahimov Orxan, Məmmədova Aytac, Qurbanova Rəhimə, Qurbanova Rəhimə, Ağazadə Aytac, Mirheydərzadə Fidan, Əmiraslanov Nəriman ,Qasımova Nəzrin) və A.Zeynallı adına Musiqi Kollecin tələbəsi Cəfərli Nərminin ifasında (A.Məlikov “Məhəbbət əfsanəsi” baletindən ”Noktürn”, “Skertso”, “Güllər”, “İki qəlbin dastanı” baletindən “Qızların rəqsi”, Fortepiano musiqisi, “Я снова стал невыносимым”, “Komdenin arzuları” , Noktürn) musiqi parçaları yüksək səviyyədə ifa olunub.

    Bakı Musiqi Akademiyasın tələbələri “Məhəbbət əfsanəsi” baleti (Novruzava Turanə - II kurs), “Balet musiqisində orkestr fakturasının rolu” (Məmmədzadə Fidan-II kurs), “Kinomusiqi” (Əlili Şəms-II kurs), “Skripka üçün köçürmələr” (Kərimli Qəmər- “Sabah”qrupu II kurs), “Bu torpağda iki nəfər” (Aşumova Elmira- “Sabah”qrupu III kurs), “Kamera musiqisi” (Musayeva Gülər-III kurs), “Türk qızların rəqsi” (Əkbərova Fidan -“Sabah”qrupu IV kurs), “Musiqi anları” (Məmmədova Leylaxanım - IV kurs), “Vokal musiqisi” (Həşimli Aytən “Sabah”qrupu II kurs) adlı məruzələrlə çıxış ediblər.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah”qrupu və “Metodika və xüsusi pedaqoqji hazırlıq” kafedrasının təşkil etdiyi dahi azərbaycan bəstəkarı Arif Məlikovun 85 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransda səslənən məruzələr və bəstəkarın yaradıcılığına müraciət olunaraq ifa olunmuş musiqi nömrələri zalda əyləşən bütün dinləyicilər tərəfindən maraq və rəğbətlə qarşılanıb.