• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 aprel 2018-ci il

    Nəsimi rayonunda görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibəti ilə rəsm sərgisinin açılışı olmuşdur


    Görkəmli oftalmoloq, respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi paytaxtımızın Nəsimi rayonunda geniş şəkildə qeyd olunur. Rayonun elm, təhsil və səhiyyə müəssisələrində görkəmli alimin xatirəsinə həsr olunmuş tədbirlər keçirilir, sərgi və müxtəlif aksiyalar təşkil olunur.
    Əlamətdar günlə bağlı rayon İcra Hakimiyyəti və Azərbaycan Resublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Qalereya 1969”-da görkəmli elm xadiminin əziz xatirəsinə həsr olunmuş Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət sərginin açılış mərasimi keçirilmişdir.
    Mərasimdə Mədəniyyət Nazirliyinin və Nəsimi rayon İcra Hakimiyyətinin rəhbərliyi, tanınmış səhiyyə işçiləri, rayon ictimaiyyətinin, ağsaqqalların, veteranların, gənclərin nümayəndələri iştirak etmişlər.

    Bayramsayağı bəzədilmiş sərgi salonuna toplaşan qonaqları salamlayan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycanın görkəmli alimi, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə məlumat vermişdir. Qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.

    Ümummillli Lider Heydər Əliyevin ömür gün yoldaşı olan Zərifə xanım görkəmli alim olmaqla yanaşı, həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
    Tədbirdə çıxış edən Mədəniyyət Naziri Əbülfəs Qarayev görkəmli tibb mütəxəssisi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyinə həsr olunan tədbirin əhəmiyyəti və alimin əziz xatirəsinə həsr olunan sərginin təşkilində əməyi olanların işindən danışmış, nümayiş etdirilən rəsm əsərlərini yüksək qiymətləndirmişdir.

    Sonra sərgidə nümayiş etdirilən əsərlərlə tanışlıq olmuşdur. Mərasim iştirakçıları Azərbaycanın görkəmli rəssamlarından olan Oqtay Sadıxzadənin «Zərifə xanım Əliyevaının portreti», Altay Sadıxzadənin «Mehriban xanımın portreti» , həmçinin xalq rəssamları Mikayıl Abdullayevin, Tahir Salahovun, Maral Rəhmanzadənin, Xalidə Səfərovanın, Səttar Bəhlulzadə, habelə Ucal Haqverdiyev, Mais Ağabəyov, Elçin Orucov və digər görkəmli rəssamların anaya, Azərbaycan qadınlarına həsr olunmuş əsərlərinə tamaşa etmişlər.
    Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Nəzrin Aslanlı, Fatimə Cəfərzadə, Orxan Cəlilov, Suada Hacızadə, Atabala Manafzadə və Pərviz Məmmədov müxtəlif klassik musiqi nömrələri ilə çıxış etmişlər. Onların ifasında Arif Məlikov “2 qəlbin dastanı” baletindən Komdenin laylası, Q.Qarayev “Mən sizi sevirdim” Romansı, V.Mustafazadə “Düşüncə”, Sevil Əliyeva “Ana” əsərləri səslənmişdir.
    Tədbirdə həmçinin Nəsimi rayon məktəbliləri arasında Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr edilmiş inşa yazı müsabiqəsinin qalibləri Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılmışlar.