• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 mart 2018-ci il

    Martın 17-də Bakı Musiqi Akademiyasında (BMA) “Elm çırağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və Norveç elm, mədəniyyət müstəvisində” mövzusunda növbəti elmi seminar keçirilib.

    İctimai birliyin sədri, professor Naida Məmmədxanova rəhbərlik etdiyi təşkilat tərəfindən müxtəlif ölkələrin elminə, mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Seminarın mövzusunun Azərbaycan ilə Norveç arasında elm, mədəniyyət və mənəviyyat dialoquna həsr olunduğunu bildirib.

    Ölkələrimiz arasında dostluq və diplomatik münasibətlərdən söz açan N.Məmmədxanova ümummilli lider Heydər Əliyevin 1996-cı ilin aprelində Norveçə tarixi səfərini xatırladıb. Qeyd edilib ki, mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində yerləşən ölkəmizdə bir çox qədim mədəniyyətlər iz buraxıb.

    BMA-nın prorektoru, professor Gülnaz Abdullazadə akademiyada müxtəlif ölkələrin, xalqların mədəniyyətinə, tarixinə həsr olunan silsilə tədbirlərin keçirildiyini söyləyib. Prorektor bu cür tədbirlərin müxtəlif ölkələrin mədəniyyəti ilə tanışlıq baxımından əhəmiyyətini qeyd edib.

    Bildirilib ki, Norveç mədəniyyəti, musiqisi hər zaman Azərbaycan xalqının ruhuna yaxın olub. Bu ölkənin bəstəkarlarının əsərləri hər zaman ölkəmizdə musiqisevərlər tərəfindən rəğbətlə qarşılanır.

    Sonra Norveç Krallığının ölkəmizdəki səfiri Bard İvar Svendsen “Norveç-Azərbaycan mədəni əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Səfir Norveç ilə Azərbaycan arasında dostluq münasibətlərindən, diplomatik və mədəni əlaqələrdən söz açıb. Ölkələrimiz arasında mədəni əlaqələrin hər zaman uğurla inkişaf etdiyini bildirib.

    Ölkəsinin musiqi mədəniyyəti barədə ətraflı məlumat verən diplomat Azərbaycan musiqisinin Norveçdə sevildiyini və təbliğ olunduğunu söyləyib.

    Bard İvar Svendsen məşhur Norveç səyyahı və təbiətşünas alimi, çoxlu kitabların müəllifi Tur Heyerdalın dəfələrlə Azərbaycanda olduğunu və onun ölkəmizdə də sevildiyini söyləyib.

    Sonra “Genrik İbsenin əsərləri Azərbaycan səhnəsində”, “Fikrət Əmirov və E.Qriq – novator bəstəkarlar” və digər mövzularda məruzələr dinlənilib. Məruzələrdə azərbaycanlı alimlərin Norveç haqqında elmi tədqiqatları barədə məlumat verilib.

    Tədbirdə gənc rəssamların əsərləri nümayiş olunub, BMA-nın müəllim və tələbələri maraqlı konsert proqramı təqdim ediblər.