• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 mart 2018-ci il

    6 mart 2018-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında BMA-nın ictimai-siyasi həyatında fəal iştirakına, mədəni-kütləvi tədbirlərin təşkilində fərqləndiyinə görə həmçinin 2 fevral “Gənclər günü” münasibətilə tələbələrin mükafatlandırma mərasimi keçirilib.

    Qeyd edək ki, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli hər zaman gənclərin fəal iştirakını yüksək qiymətləndirirək tələbələrə öz imzası ilə fəxri fərmanlar təqdim edir.

    İlk öncə tədbirdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova çıxış edərək BMA-nın mədəni həyatında fəal iştirak etdiklərinə görə tələbələrə minnətdarlıq bildirərək gələcək işlərində uğurlar arzuladı. Həmçinin öz xoş sözləri ilə BMA-nın dekanları - Əməkdar incəsənət xadimi, professor Abbaszadə Nəzmiyyə, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Rimazi Nəzakət, sənətşünaslıq doktoru, professor Mahmudova Gülzar, sənətşünaslıq namizədi, BMA-nın professoru, Elmi katib Məmmədova Leyla, Həmkarlar İttifaqının sədri, Əməkdar müəllim, dosent Qafulov Aqil çıxış edərək yeni-yeni uğurlar dilədilər.

    Növbəti mükafatlandırma mərasimində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistr pilləsinin tələbələri (Vəliyev Nəcəf, Rəhimli Fidan, Şıxıyev Tofiq ), Tarix-nəzəriyyə fakültəsinin tələbələri (Qəhrəmanova Aygün, Seyidova Günel, Məhyəddinli Günay, Sadıqbəyli Tamilla, Süleymanlı Humay , Nəzərov Saleh, Cabbarlı Nuranə), İfaçılıq fakültəsinin tələbələri (Tağızadə Mahir, Ələkbərov Fərhad , Hüseynov Orxan, Əliyev Elyar, Bağırzadə Səid, Səmədov Seyid ,Əmirli Nəzrin, İbrahimova Aytən, Səlimov Mehman ,Cəfərova Nigar) , Fortepiano fakültəsinin tələbələri (Babayeva Vüsalə , Hacızadə Suada , Əzizov Ceyhun, Manafzadə Atabala , Əliyeva Fatimeyi-Zəhra ) Fəxri fərman və pianoçu, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aytəkin Həsənovanın əziz xatirəsinə həsr olunmuş “Əbədi işığa doğru” kitabı tələbələrə təqdim olunub.