• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    “İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar

    “İş dünyası və ali təhsildə trendlər” onlayn vebinarlar silsiləsinin “İqtisadi inkişafa nail olmaq üçün ali təhsil sistemi sahibkarlara necə kömək edir?” adlı növbəti tədbiri Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə 18 mart 2021-ci il, saat 19:00-da baş tutacaqdır. Tədbirdə innovativ sahibkarların iqtisadi inkişafdakı rolu və bu sahibkarlardan biri olmağın yolları müzakirə ediləcəkdir. Eyni zamanda, ali təhsilin sahibkarlığın inkişafına verdiyi töhfənin əhəmiyyəti barədə də məlumat veriləcəkdir. 

     Vebinarda spiker qismində “Allsee Technologies” MMC-nin təsisçisi və icraçı direktoru Dr. Baoli Zhao çıxış edəcək. O, Nitqin tanınması üzrə doktorantura təhsilini Nottinqem Trent Universitetində və Executive MBA dərəcəsini Oksford Universitetində alıb. Hal-hazırda, Dr. Baoli Zhao Oksford Universitetinin İnnovasiya mərkəzində mentor olaraq fəaliyyət göstərir. Cənab Baoli, eyni zamanda iri və kiçik firmaları bir araya gətirərək Birləşmiş Krallığı dünyanın ən iddialı şirkətlərinə ev sahibi etmək üçün qurulan "Be the Business" hərəkatının səfiridir.

     Vebinar təhsil idarəçiləri, işçilər, sənaye sahəsinin nümayəndələri və tələbələr üçün nəzərdə tutulmuşdur. İngilis dilində keçiriləcək tədbirdə iştirak üçün məhdud sayda yer mövcuddur. İştirak etmək üçün 16 mart 2021-ci il tarixinə qədər aşağıda göstərilən keçiddən qeydiyyatdan keçmək lazımdır: https://forms.office.com/Pages/ResponsePage.aspx?id=MgI6VZyd2EKaSmcaDBG1oEZVHZQb4hNJkPGGhUzWMHxUNUNJSDNHWDFHSVUxNVFHSUVPSFI5UkkxRy4u